EN

Moskvada hərbi texnika olmadan parad keçiriləcək - 19 ildən sonra ilk dəfə

Rusiya hakimiyyəti Moskvada ənənəvi olaraq dəbdəbəli Qələbə Günü paradını kəskin şəkildə azaltmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə,  9 may 2026-cı ildə parad hərbi texnika olmadan keçiriləcək.

Bildirilir ki, tanklar və raket sistemləri əvəzinə, yalnız yürüş kolonları Qırmızı Meydandan keçəcək.

Qeyd edək ki, 1995-ci ildən 2007-ci ilə qədər Rusiyada ağır texnika olmadan paradlar keçirilib. 2008-ci ildən bəri Strateji Raket Qüvvələrinin raket sistemləri, zirehli texnikaları və tankları yenidən Qırmızı Meydanda parad keçirilir. 

2026-cı il paradında hansı xarici liderlərin iştirak edəcəyi hələ də məlum deyil. Rəsmi Kreml bununla bağlı açıqlama verməkdən imtina edib. 

Gülayə Mecid 

Chosen
47
1
unikal.az

2Sources