Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 467 mln. manat azalıb və 2 mlrd. 794.8 mln. manata enib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.