EN

Çempionlar Liqasında qol rekordu

UEFA Çempionlar Liqasının birinci yarımfinal mərhələsində PSJ və “Bavariya” arasında keçirilən oyun turnirin tarixinə düşüb.

Msport.az xəbər verir ki, Parisdə baş tutan oyun 9 qolla yadda qalıb.

Bu, Çempionlar Liqası tarixində ən çox qol vurulan ilk yarımfinal matçı kimi qeydə alınıb. Hər iki komanda hücum futbolu nümayiş etdirərək azarkeşlərə unudulmaz gecə yaşadıblar.

1959/1960-cı illər Avropa Çempionlar Kubokunun yarımfinalında “Ayntraxt” “Reyncers”i 6:3 hesabı ilə məğlub etsə də, turnir fərqli formatda keçirilib.

Qeyd edək ki, bu möhtəşəm mübarizənin cavab qarşılaşması bir həftə sonra – 6 may tarixində keçiriləcək.

Chosen
37
msport.az

1Sources