EN

Moskvadakı 9 may paradında hərbi texnika iştirak etməyəcək


Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq 9 mayda Moskvanın Qırmızı Meydanında keçiriləcək paradda hərbi texnika iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin bildirdiyinə görə, parad mövcud əməliyyat şəraitinə görə qısaldılıb.
“Silahlı qüvvələrin bütün qoşun növlərinin və ayrı-ayrı qollarının ali hərbi təhsil müəssisələrinin hərbçiləri paradda piyada dəstəsinin tərkibində iştirak edəcəklər”, - Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, mövcud əməliyyat şəraiti ilə əlaqədar Suvorov və Naximov hərbi məktəblərinin və kadet korpusunun tələbələri də Qırmızı Meydanda keçiriləcək paradda iştirak etməyəcəklər.
Bununla belə, nazirlik əlavə edib ki, paradda döyüş təyyarələrinin iştirakı baş tutacaq.
“Paradın aviasya hissəsi zamanı Rusiya akrobatik nümayiş təyyarələri Qırmızı Meydan üzərindən uçacaq və paradın sonunda Su-25 hücum təyyarələrinin pilotları Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacaqlar”, - nazirlik qeyd edib.
Chosen
52
1
yeniavaz.com

2Sources