EN

Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?

ABŞ Məxfi Xidmətinin əməkdaşları prezident Donald Trampa sui-qəsddə ittiham olunan Koul Tomas Alleni saxlayıblar. O, qaçaraq tüfəngdən atəş açarkən büdrəyərək yıxılıb.

Azreform.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən CBS məlumat yayıb. Hücum edən şəxs dərhal tərksilah edilib, soyundurulub və üzərində partlayıcı maddənin olub-olmaması yoxlanılıb.

Hadisə aprelin 25-də Vaşinqtonda, "Washington Hilton" otelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib. Atışma nəticəsində Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. 31 yaşlı Allen oteldə öncədən otaq bron edib və ora odlu silah keçirə bilib.

Ona qarşı ABŞ prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək məqsədilə silah və sursat daşıma, habelə zorakı cinayət törədərkən odlu silahdan istifadə maddələri ilə ittiham irəli sürülüb.

Chosen
55
3
azreform.info

4Sources