
İsrail ordusu gecə saatlarında Cibşit şəhərinin Əl-Cəbəl məhəlləsində "Behçet" ailəsinin yaşadığı binanı bombalayıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA bu barədə məlumat yayıb.
Uçmuş binanın dağıntıları altından eyni ailədən beş nəfərin, o cümlədən bir uşağın cəsədi çıxarılıb. Məlumata görə, mülki müdafiə qrupları gecə boyu dağıntıların təmizlənməsi işlərini davam etdiriblər.
İsrail ordusu həmçinin Livanın cənubundakı Tir əyalətinin Şema və Nakura şəhərlərindəki evləri də partladıb. Hökuməti həmçinin bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında 2500-dən çox insanın öldüyünü bildirib.
İlahə Qənbərli
Missiya.Az