EN

Kompani penaltiyə etiraz etdi: “Qərar mübahisəlidir”

ain.az bildirir, Apasport saytına əsaslanaraq.

“Penalti qərarı çox mübahisəli idi”.

Apasport.az xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində komandası ilə PSJ arasında keçirilən və 4:5 hesabı ilə başa çatan ilk oyundan sonra deyib.

O, epizodla bağlı fikrini belə izah edib: “Mənim gördüyümə görə, top əvvəlcə bədənə, sonra isə ələ dəydi”.

Belçikalı mütəxəssis böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab oyunu öncəsi ümidli olduqlarını bildirib:“Adətən yarımfinalda 5 qol buraxanda hər şey bitmiş sayılır. Amma biz 4 qol vurduq və daha çoxunu da vura bilərdik. Hesab 5:2 bitsəydi, vəziyyət çətin olardı, amma indi bu, faktiki olaraq 1:0-dır. Gələn həftə "Allianz Arenada"kı atmosfer çılğın olacaq. Bilirik ki, qalib gəlməliyik. Əlimizdən gələn hər şeyi verəcəyik. Biz inanırıq”.

Kompani matçı tribunadan izləməsinə də münasibət bildirib və bunu zarafatla qarşılayıb:“Oyunu izləmək üçün olmaq istədiyim yer ora deyildi. Luis Enrikeyə dedim ki, onun oyunları buradan izləməyi necə sevdiyini başa düşmürəm. Bu gün komandanın mentaliteti xoşuma gəldi. Bu, futbolu sevən insanlar üçün əsl oyun idi.”Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Braziliya millisinin üzvü əməliyyat olunub

“Fənərbaxça” 6 futbolçu ilə yollarını ayıracaq: TEDESKOYA GÖRƏ

"Yunayted"də yeni müqavilə

Portuqaliya millisinin üzvü "Liverpul"un hədəfində

Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
1
apasport.az

2Sources