Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail ordusunun atəşkəsə baxmayaraq, Livanın cənubundakı Nəbatiyə şəhərinin Cibşit qəsəbəsində bir binaya təşkil etdiyi hücumda eyni ailədən biri uşaq olmaqla, 5 nəfər dünyasını dəyişib.
"Cebheinfo.az"-ın Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu gecə saatlarında Cibşit qəsəbəsinin Əl-Cəbəl məhəlləsində "Bəhcət" ailəsinin yaşadığı binanı bombalayıb.
Dağılan binanın dağıntıları altından eyni ailənin üzvü olan 5 nəfərin cansız bədəni çıxarılıb. Mülki müdafiə qruplarının gecə boyu axtarış-xilas işlərini davam etdirdiyi bildirilib.
İsrail ordusu Livanın cənubundakı Sur şəhərinin Şəma və Naqura qəsəbələrində də evləri partladaraq yerlə-yeksan edib. Partlayış səsləri Surun bir çox məntəqəsindən eşidilərkən, İsrailə məxsus pilotsuz uçuş aparatlarının (PUA) şəhərin sahil hissəsində uçuşlarını davam etdirdiyi bildirilib.
İsrail ordusu Nəbatiyənin Bint Cubeyl rayonuna bağlı Hanin qəsəbəsinə səhər saatlarında hava hücumları təşkil edib. Hücumlar nəticəsində bölgədəki infrastruktur, binalar və elektrik şəbəkələrinə ciddi ziyan dəyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.