EN

"İctimai sektorun və vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür" - Rauf Zeyni

Son illərdə ölkədə baş verən sel və daşqınların yaratdığı təhlükə və fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən mühüm maliyyə resursları ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə bu istiqamətdə ümumilikdə 85 milyon manatdan artıq vəsaitin ayrılması risklərin azaldılması və infrastrukturun möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Ayrılan vəsaitlərin səmərəli və şəffaf istifadəsinin təmin olunmasında isə QHT-lərin ictimai nəzarət mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.

R.Zeyninin sözlərinə görə, sel və daşqın risklərinin azaldılması ilə bağlı mühüm vəsaitin ayrılmasını yüksək qiymətləndirir və bu addımın əhəmiyyətli olduğunu vurğulayıb.

Rauf Zeyni bildirib ki, dövlət tərəfindən ayrılan vəsait sel-daşqın risklərinin azaldılması və fəsadların aradan qaldırılması üçün çox vacibdir: "Ölkə prezidentinin sel və daşqın risklərinin azaldılması məqsədilə ayırdığı 85 milyon manat təqdirə layiqdir və təbii ki, sel-daşqınlarının, intensiv yağışların vurduğu zərərin aradan qaldırılması üçün, eyni zamanda gələcəkdə hər hansı bir risklərin azaldılması üçün çox vacib məsələdir".

Sədr vurğulayıb ki, ayrılan vəsaitdən səmərəli istifadə edilməsi məmurların əsas vəzifəsidir və bu prosesdə şəffaflıq vacibdir: "Təbii ki, məmurların üzərinə düşən vəzifə də bundan ibarətdir ki, əlaqədar qurumların rəhbərləri bu vəsaitdən çox səmərəli istifadə etməlidirlər".

Müsahibənin fikrincə, sel və intensiv yağışlardan sonra yaranan problemlər ciddi idarəetmə və planlaşdırma tələb edir: "Gördüyünüz kimi, sel-daşqınları və hər hansı formada intensiv yağışlardan sonra xaos vəziyyəti yaranır və təsərrüfat idarə olunmuş hala gəlib çatır".

O qeyd edib ki, belə halların təkrarlanmaması üçün ayrılan vəsait düzgün və məqsədyönlü şəkildə istifadə olunmalıdır: "Belə hallar təkrar olunmasın deyə ayrılan vəsaitdən səmərəli, məqsədyönlü şəkildə istifadə olunmalıdır".

R.Zeyni əlavə edib ki, ictimai nəzarət və görülən işlərin ictimailəşdirilməsi bu prosesdə mühüm rol oynayır: "Eyni zamanda ictimai sektorun və vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür — ictimai nəzarət funksiyalarını həyata keçirən təşkilatlar bu ayrılan vəsaitlərin səmərəli xərclənməsinə lazımi səviyyədə ictimai nəzarəti təmin etməlidirlər".

O bildirib ki, görülən işlər barədə ictimai məlumatlandırma və nəticələrin qiymətləndirilməsi gələcək risklərin azaldılması üçün vacibdir: "Bizim də borcumuzdur ki, bu vəsaitlərin müvafiq idarələr və təşkilatlar tərəfindən səmərəli istifadə olunması müşahidə olunsun, nəzarətdə saxlanılsın və görülən işlər ictimailəşdirilsin".

Fatimə Nəbiyeva

Chosen
71
qht.az

1Sources