EN

Avtobus avtomobilin üzərinə aşdı - 44 nəfər yaralandı 

Türkiyədə Bartın Universitetinin Kutlubay kampusu önündə sərnişinlə dolu şəhər avtobusu avtomobilin üzərinə aşıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəza zamanı əksəriyyəti tələbə olmaqla 44 nəfər yaralanıb. Yaralılardan 32-si xəstəxanaya göndərilib.


Bədənlərinin müxtəlif hissələrində yüngül xəsarətlər olan 12 nəfər isə tibbi müdaxilədən sonra xəstəxanaya getməkdən imtina edərək evə buraxılıb.


Hadisə ilə bağlı araşdırma başladılıb.

Chosen
21
2
manset.az

3Sources