Qol.az saytına istinadən ain.az xəbər verir.
Kompani PSJ ilə oyun və şansları haqda
"Bavariya" baş məşqçisi Vinsen Kompani Çempionlar Liqasının yarımfinalında PSJ-yə 4:5 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, belçikalı mütəxəssis UEFA-ya açıqlamasında komandasının oyuna yüksək enerji ilə başladığını və hücumda təhlükəli anlar yaratdığını deyib:
“Enerji meydanda var idi. Biz həm oyuna nəzarət edirdik, həm də təhlükə yaradırdıq. Beş qol buraxmaq yarımfinal səviyyəsində məğlubiyyət deməkdir, amma yaratdığımız imkanlara baxanda daha çox qol vura bilərdik.”
Mütəxəssis əlavə edib ki, nəticə xırda detallardan asılı olub: “Bu cür matçlarda hər şey incə detallarla həll olunur. Növbəti oyunda da bu detallar həlledici olacaq. Evdə azarkeşlərimizlə birlikdə maksimum gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, cavab oyunu mayın 6-da Münhendə keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.