Yeni aparılan araşdırma yuxu rejimi ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb.
News365.az xəbər verir ki, həm az, həm də həddindən artıq yuxu sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislərin təhlillərinə əsasən, gündə orta hesabla 7–8 saat yuxu demensiya riskinin ən aşağı olduğu optimal interval hesab olunur. Bu normadan az yatan şəxslərdə risk təxminən 18%, normadan çox yatanlarda isə 28% daha yüksək qeydə alınıb.
Araşdırmada yalnız yuxu deyil, ümumi həyat tərzi də qiymətləndirilib. Nəticələr göstərib ki, uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin aşağı olması da demensiya riskini artırır.
Bildirilir ki, gündə 8 saatdan çox oturaq həyat tərzi keçirən və həftəlik fiziki aktivliyi 150 dəqiqədən az olan insanlarda risk daha yüksəkdir.
News365.azÂ