Tbilisi, 29 aprel, AZƏRTAC
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz silah-sursat saxlanmasına qarşı genişmiqyaslı əməliyyat keçirib, 84 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi