EN

Başqa qadınla görüşdüyünü etiraf etdi, məni döyməyə başladı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də Xırdalan şəhərində baş verib. Mingəçevir şəhər sakini, 1984-cü il təvəllüdlü Pərviz həmin gün, gecə saat 23 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib.Buna səbəb qadının Pərvizə başqa qadınla ünsiyyət saxlaması ilə bağlı irad bildirməsi olub. Həmin səbəbdən aralarında fikir ayrılığı ilə əlaqədar şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə baş verib. Pərviz qadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin oktyabr ayında Kəmalə ilə ailə həyatı qurub:“Lakin rəsmi nikaha daxil olmamışıq. Yalnız dini kəbin nikahlarımız var. Ailə həyatı qurandan sonra müxtəlif ünvanlarda kirayə yaşamışıq. Son bir ildir ki, Xırdalan şəhərində birlikdə kirayə tutduğumuz evdə yaşayırıq. Birgə yaşadığımız vaxtdan aramızda hər hansı ciddi münaqişə və ya mübahisə olmayıb. Mən heç vaxt Kəmaləyə əl qaldırmamışam. Lakin təxminən 4-5 gün əvvəl Kəmalə heç bir əsaslı səbəb olmadan ona xəyanət etdiyimdən şübhələnməyə başladı, tələsik mobil telefonumu yoxladı və orada anam ilə yazışdığımı görərək başqa bir qadınla sevgili münasibətində olduğumu zənn etdi, mənimlə mübahisə salmağa başladı. Lakin onunla hər hansı bir dava-dalaşımız olmayıb”.Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin aprelin 3-də, saat 23 radələrində Kəmalə ilə bir daha həmin mövzuya qayıdaraq ondan başqa qadınla münasibətdə olduğunu soruşub: “Mən Kəmaləyə yazışdığımı bildirdim. Lakin kiminlə yazışdığımı dəqiq demədim. Çünki, Kəmalə anam ilə yaxşı münasibətdə olmadığından onun adını çəkmək istəmədim. Bu səbəbə görə Kəmalə mənim başqa qadınla yazışdığımı və münasibət saxladığımı başa düşdü, mənimlə mübahisə etməyə başladı. Mən də Kəmaləyə əsəbiləşərək onu döyməyə başladım. Həmin vaxtı əllərim ilə Kəmalənin hər iki qolundan və əllərindən, sifət və sinə nahiyəsindən vuraraq xəsarət yetirdim”.Zərərçəkmiş Kəmalənin sözlərinə görə, Pərvizlə birgə yaşadıqları vaxtdan aralarında hər hansı bir ciddi münaqişə və ya mübahisə olmayıb: “Mən hər hansı bir hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Lakin təxminən məlum hadisədən 4-5 gün əvvəl Pərvizin mənə xəyanət etməsində şübhələndiyimdən onun mobil telefonunu yoxladım və həqiqətən tanımadığım bir qadınla yazışdığını aşkar etdim. Bu minvanla aprelin 3-də, gecə saat 23 radələrində Pərvizlə söhbət edərək başqa qadınla münasibətdə olduğunu soruşdum. O, hər şeyi etiraf edərək başqa qadınla görüşdüyünü etiraf etdi, məni döyməyə başladı. Həmin vaxtı əlləri ilə mənim hər iki əlimdən və qolumdan vuraraq xəsarət yetirdi. Eləcə də yumruq zərbəsi ilə sifətimdən, gözümdən, sinəmdən və bədənimin müxtəlif nahiyələrindən vurdu. Sonra isə əli ilə boğazımdan tutaraq sıxdı. Buna görə də növbəti günü Abşeron Rayon Polis İdarəsinə gələrək ərizə ilə müraciət etdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib,

təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
demokrat.az

1Sources