EN

Bakıda UEFA turniri keçiriləcək

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.

Msport.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.

Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

U-16-ya dəvət edilən futbolçuların adlarını və keçirəcəyi oyunların təqvimini nəzərinizə çatdırırıq: İradə Əsədli, Zəhra İsmayılova, Lamiyə Məmmədova, Tahirə Rəcəb (hamısı “Şəfa”), Süməyyə Əhməd, Məryəm Nuruzadə, Aylin Əliyeva, Nuray Qurbanova, Könül Hüseynova, Aydan Nəsrullayeva, Zəhra Abdullayeva (hamısı “Ulduz”), Xədicə Rəhimova, Suel Polikarpova, Sara Səlimova (hamısı “Neftçi”), Nuray Əzizova, Zeynəb Muradzadə (hər ikisi “Təhsil 8 İOEUGİM”), Xədicə Əlizadə, Şəhanə Mirzəliyeva (hər ikisi “Liman”), Məryəm Səmədli (“Sabah”), Səbinə Şərəfxanova (“Krılya Sovetov”, Rusiya).

 

6 may

17:00. Azərbaycan – Litva

 

8 may

17:00. Azərbaycan – Rumıniya

 

11 may

12:00. Azərbaycan – Gürcüstan

Chosen
63
9
msport.az

10Sources