EN

Fransada dronlara qarşı yeni sistemin sınağı aparılır

Paris, 29 aprel, AZƏRTAC

Fransada “Rafale” döyüş təyyarəsi dronlara qarşı lazerlə yönəldilən raket sistemini sınaqdan keçirir.

AZƏRTAC xəbər verir ki, fransız texnologiyaları əsasında hazırlanmış bu sistem ənənəvi hava-hava raketlərinə nisbətən daha sərfəli alternativ təqdim etməyi hədəfləyir və 2026-cı ilin yayında istifadəyə verilə bilər.

Bildirilir ki, bu sistemin məqsədi, xüsusilə, “Shahed” dronlarına qarşı istifadə olunan ənənəvi MICA hava-hava raketlərinə nisbətən daha sərfəli alternativ təqdim etməkdir.

Chosen
34
3
azertag.az

4Sources