“Bavariya”nın fransalı futbolçusu Maykl Olise Fransa komandalarına qarşı UEFA Çempionlar Liqası və Çempionlar Kubokunun yarımfinallarında qol vuran üç həmyerlisinin sırasına qoşulub.
Msport.az xəbər verir ki, 24 yaşlı vinger buna PSJ-yə uduzduqları (4:5) ilk matçda fərqlənməklə nail olub.
Daha əvvəl üç fransalı oyunçu qitənin bir nömrəli klub turnirində bu raundda öz ölkələrinin komandalarına qol vura bilib. 1985-ci ildə “Yuventus”un heyətində Mişel Platini “Bordo”nun, 1994-cü ildə “Milan”da çıxış edən Marsel Desayi “Monako”nun, 1998-ci ildə “Yuventus”da oynayan Zinəddin Zidan “Monako”nun qapısına yol tapıb.
Qeyd edək ki, “Bavariya” və PSJ komandaları arasında cavab görüşü mayın 6-da keçiriləcək.