EN

Evli cütlük körpə uşaqlarını ÖLDÜRÜB

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Rusiyanın Krasnodar vilayətində evli cütlük yetkinlik yaşına çatmayan uşağın qətlində təqsirli bilinib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

İttihama görə, hadisə 1 sentyabr 2020-ci ildə baş verib. Cütlük maddi çətinliklər və şəxsi səbəblər göstərərək bir yaşlı oğullarını öldürmək qərarına gəlib.

Məlumata əsasən, uşağı meşəlik əraziyə apararaq ona qarşı zorakılıq tətbiq ediblər və daha sonra onu orada qoyublar. Cinayət uzun müddət gizli qalıb və yalnız 2025-ci ildə sosial xidmətlərin yoxlaması zamanı aşkarlanıb. Ailənin digər iki azyaşlı övladı da evdə aşkar edilib.

Məhkəmədə qadın cinayətdə iştirak etmədiyini bildirib, kişi isə günahını etiraf edib. Məhkəmənin qərarı ilə qadına 15 il, kişiyə isə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
redaktor.az

2Sources