EN

Azərbaycanlı qızla evlənmək üçün müsəlmanlığı qəbul edib, adını DƏYİŞDİRDİ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə yayılan görüntülər fərqli millətlərdən olan cütlüyün evliliyi ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Lənkəran rayonundan olan azərbaycanlı xanım çinli vətəndaşla ailə həyatı qurub. Onların münasibəti qısa zamanda maraq doğuraraq istifadəçilər arasında geniş yayılıb.

Bildirilir ki, nikahdan sonra bəy İslam dinini qəbul edib və adını Əli olaraq dəyişdirib. Bu addım sosial mediada müxtəlif reaksiyalarla qarşılanıb.

Cütlüyün toy mərasimi isə Azərbaycan adət-ənənələrinə uyğun şəkildə təşkil olunub. Milli musiqilər və ənənəvi elementlərlə müşayiət olunan mərasim izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
35
news.milli.az

10Sources