EN

Dostunuz boşanırsa, siz də risk altında düşə bilərsiniz Araşdırma

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-də aparılan uzunmüddətli bir araşdırma, yaxın çevrələrdəki boşanmaların fərdlərin öz evlilik qərarlarına təsir göstərə biləcəyini ortaya qoydu. 

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, nəticələrə görə, yaxın dostun boşanması riski 75%-ə qədər artıra bilər. Evlilik və boşanma qərarlarının yalnız cütlüklər arasındakı dinamika ilə məhdudlaşmadığını göstərən diqqətəlayiq bir araşdırma dərc edilib. 

Sosial şəbəkələrə yönəlmiş araşdırma, ətraf mühitin münasibət qərarlarına təsirinin düşündüyümüzdən daha güclü ola biləcəyini göstərir.

2013-cü ildə dərc olunmuş araşdırmaya görə, yaxın dostun boşanması, fərdin öz evliliyinə son qoyma ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqat yaxın dostluq çevrələrində baş verən boşanmaların təsirinin daha çox olduğunu və bu təsirin yalnız yaxın dostlarla məhdudlaşmadığını, daha geniş sosial çevrəyə yayıldığını vurğulayır.

Araşdırmalara görə, yaxın dostları boşanmış şəxslərin öz nikahlarına son qoyma ehtimalı təxminən 75% daha yüksəkdir. Bu vəziyyət bir daha sosial münasibətlərin fərdi qərarlara təsirini vurğulayır.

Alimlər bu təsiri sosial mühitdəki davranışların və normaların fərdlərə necə təsir etməsi ilə izah edirlər. Bir dostun boşanması insanın evlilik institutuna baxışını dəyişə, fərdlərin öz münasibətlərini şübhə altına almasına səbəb ola bilər. Sosial dəstək mexanizmlərini aktivləşdirə bilər. Mütəxəssislərin fikrincə, fərdlər bu proses zamanı öz münasibətlərini daha tənqidi qiymətləndirməyə meylli ola bilərlər.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
adalet.az

2Sources