Azərbaycanda gömrük sərhədini keçdikdən sonra müəyyən müddətdə rəsmiləşdirilməyən malların taleyi ilə bağlı yeni qaydalar təklif olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən “Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, gömrük sərhədini keçdiyi tarixdən etibarən 6 ay ərzində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi tamamlanmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Mövcud qanunvericiliyə görə, hazırda yalnız məhkəmə qərarı ilə müsadirə olunan və ya sahibinin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçir.
Yeni təklif isə bu siyahını genişləndirərək, vaxtında rəsmiləşdirilməyən malları da dövlət mülkiyyətinə keçən aktivlər sırasına daxil edir.
Gülnar Nazimqızı