
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş addımları müzakirə edib.
Qeyd olunub ki, bundan əlavə tərəflər həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi də aparıblar.
Daşqın HəsənovMissiya.Az