EN

Rusiya da OPEC dən çıxır? Rəsmi açıqlama

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya OPEC+ formatından çıxmaq imkanını nəzərdən keçirmir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlayıb. 

"Xeyr", - deyə o, müvafiq suala cavab verib. 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarına gəlib. 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 1960-cı ildə ən böyük neft hasil edən ölkələr - Venesuela, İraq, İran, Küveyt və Səudiyyə Ərəbistanı tərəfindən təsis edilib. Birləşmiş Ərəb Əmirliklərinin təşkilatdan çıxmasından sonra 11 ölkə təşkilatda qalacaq. Genişləndirilmiş OPEC+ formatına Rusiya da daxil olmaqla bir sıra digər neft hasil edən ölkələr daxildir.

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
unikal.az

10Sources