EN

Ukrayna silahların sınaqdan keçirilməsi üçün ideal məkandır - Polşa Müdafiə Nazirliyi

Ukrayna silahların sınaqdan keçirilməsi üçün ideal bir məkandır.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik bu barədə PAP-a verdiyi müsahibədə danışıb.

O, Ukrayna ilə pilotsuz texnologiyalar sahəsində daha sıx əməkdaşlıq edəcəklərini açıqlayıb və Polşanın avadanlıqları sınaqdan keçirmək və birgə sənaye potensialı yaratmaq üçün ön cəbhədə Ukrayna təcrübəsindən istifadə etməyi planlaşdırdığını deyib.

Onun sözlərinə görə, Ukrayna hazırda xarici ordularla birbaşa əlaqələr sayəsində unikal bir sınaq poliqonunu təmsil edir. O, Polşada istehsal olunan texnikanın əvvəlcə daxili sınaq poliqonlarında, daha sonra isə real döyüş şəraitində sınaqdan keçirilməli olduğunu vurğulayıb.

"Bu, nəyin işlədiyini və nəyin işləmədiyinin əsl mənzərəsidir", - deyə o yekunlaşdırdı.

Daha əvvəl Polşanın Baş naziri Donald Tusk Ukraynanın köməyi ilə "pilotsuz təyyarələr armadası" yaratmaq istədiklərini bildirmişdi. O, dronların həm Polşa, həm də Avropa maliyyəsi ilə istehsal olunacağını qeyd etmişdi.

İlahə Qənbərli

Missiya.Az

Chosen
18
missiya.az

1Sources