ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakı Şəhər DYP İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları Nardaran və Buzovna qəsəbələrində yerləşən 11, 130, 142, 295 saylı tam orta məktəblərdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüşlər keçirib. Avtosfer.az xəbər verir ki, görüşlərdə müxtəlif yaş qrupuna aid uşaq və yeniyetmələr iştirak edib. Onlara sərnişin və piyadaların hüquq və vəzifələri izah edilib, 12 yaşı tamam olmayan uşaqlara nəqliyyat vasitəsinin qabaq oturacağında oturmağın qadağan edilməsinin səbəbi əyani şəkildə göstərilib. Bundan başqa, 14 yaşı tamam olmayan uşaqlara yollarda velosipedlərdən istifadə etməmələri tövsiyə olunub, 16 yaşa çatmayan uşaqlara moped və skuterlərdən istifadənin təhlukəsi barədə ətraflı məlumatlar verilib.
Yol polisi əməkdaşları şagirdlərə qaydalara ciddi şəkildə yanaşmaları və əməl etmələri barədə tövsiyələr verib. Daha sonra isə uşaqların sualları cavablandırılıb, rəy və təklifləri nəzərə alınıb.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.