ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmaqla bağlı qərarı tankerlər üçün Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqədardır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl əl-Məzrui CNBC telekanalına müsahibəsində bildirib.
“Tələb və təklif balansına, məhdudiyyətlərin tətbiq olunduğu və Hörmüz boğazının bağlı olduğu dünyadakı vəziyyətə baxsaq, bu amillər Fars körfəzindən neft məhsullarının axınını məhdudlaşdırır. Bu vəziyyətdə hərəkətə keçmək və fərqli strategiyalar tətbiq etmək lazımdır”, - nazir söyləyib.
Onun sözlərinə görə, BƏƏ qısa müddətdə neft hasilatını artırmaq iqtidarında deyil və bunu etmək də istəmir, çünki digər Körfəz ölkələri kimi Hörmüz boğazının bağlanması səbəbindən eyni məhdudiyyətlərlə üzləşir.
Süheyl əl-Məzrui boğazın açılmalı, gəmilərin sərbəst hərəkətinin təmin edilməli olduğunu qeyd edib.
Xatırladaq ki, BƏƏ mayın 1-dən etibarən OPEC təşkilatını və OPEC+ sazişini tərk edəcəyini açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.