Şahin Bağırov “Temu” ilə bağlı gecikmələrə aydınlıq gətirdi
“Temu” məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava limanına qoyuldu. Hava limanına gələn əmlakı yoxlamaq lazımdır, axı. Birdən- birə yüklər 400 ton qalxdı. Bunu yoxlamaq lazımdır. Başqa məqsədlər üçün də gətirilə bilər. Biz dəqiqliklə yoxlamasaq, deyəcəklər gömrük baxmır. "Temu" ilə bağlı məsələ isə iki həftə ərzində oldu. “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik".