Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son dönəmlərdə baş verən sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün Prezident İlham Əliyevin Sərəncamla bir neçə quruma ümumilikdə 86 milyon manata yaxın vəsaitin ayırması əhalinin mühafizəsi, müdafiəsi üçün önəmli rol oynayacaq.
BAKU.WS xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O qeyd edib ki, sərəncamdan irəli gələrək vəsait səmərəli xərclənməli, son dövrdə baş verən hadisələrin fəsadlarının tam aradan qaldırılması, gələcəkdə bu cür təbii fəlakətlərin yaşanmaması üçün tədbirlərin görülməsinə sərf edilməlidir:
"Hesab edirəm ki, hazırki dönəmdə bu sahəyə aid xüsusi addımların atılması, fəaliyyət planının hazırlanması və icrası böyük önəm daşıyır".
Deputat hesab edir ki, ölkə başçısının tapşırıqları ilə bərabər müxtəlif qurumlar da bir araya gələrək öz işlərini səmərəli qurmalıdırlar:
"Qurumlar məsələnin üzərindən öz güclərini inteqrasiya etdirərək daha dayanıqlı, vətəndaşın müdafiəsini təmin edəcək plan və mexanizmlər üzərində işləməlidir. Nəticə etibarilə kompleks tədbirlər görüləcəyinə, sel fəsadlarının tam aradan qaldırılacağına və əhalinin müdafiəsi üçün zəruri önləyici addımlar atılacağına inanırıq. Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq".
Qeyd edək ki, aprelin 28-də Prezident İlham Əliyev Sərəncam verərək sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb. Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.