AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında premyer-liqanın 7 klubuna ümumilikdə 41900 manat cərimə kəsilib. “Football-plus.az” 29-cu turda yaşananlara görə cərimə məbləğlərini təqdim edir.
İntizam Komitəsi Sumqayıt”ı 12500 manat cərimələyib.
“İmişli” - “Sumqayıt” oyunu qonaqların formasındakı qüsurlar üzündən gec başladığına görə “Sumqayıt” 1500 manat, azarkeşləri futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat cərimələnib, yəni “kimyaçılar” ümumilikdə 12500 manat ödəcəyək. “İmişli”dən 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.
“Sabah” - “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində meydan sahiblərindən Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya alıb, “Sabah” 1000 manat cərimələnib. Masazır təmsilçisi matç bitəndən sonra meydana kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 6500 manat ziyana düşüb. 36-cı dəqiqədə “Karvan-Yevlax”dan Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, komandası isə 500 manat cərimələnib.
Bundan başqa, “Şamaxı” - “Kəpəz” oyununda qonaqların komandasında 5 nəfər sarı vərəqə aldığı üçün gəncəlilər 700 manat cərimələnib.
“Neftçi” ilə “Qarabağ” birlikdə AFFA-nın xəzinəsinə 20 min manat ödəyəcək. Paytaxt klubu 13 min manat cərimələnib. 90+3-cü dəqiqəsində komandanın azarkeşləri meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “ağ-qaralar” 5000 manat ödəyəcək. Bundan başqa, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8000 manat ziyana salıb. Bu hal mövsümdə 8-ci dəfə yaşanıb.
“Qarabağ” isə tərəfdarları pirotexniki vasitədən istifadə etdiyinə görə 7000 manat cərimələnib.