Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Quba rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 24-də rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Təvəkkül həmin günm gecə saat 2 radələrində arvadı Zemfira (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə onun baş, bədən nahiyəsindən vurub, ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Zemfira ilə evlənib:“Bu evlilikdən iki övladımız olub. İlk əvvəllər Zemfira ilə münasibətim yaxşı olub. Son zamanlar isə müxtəlif səbəblər gətirərək mənimlə mübahisələr edib”.Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə yanvarın 24-də yaşadığı kənd ərazisində dostları ilə birlikdə yemək yeyib, bir qədər spirtli içki qəbul edib:"Gecə saat 1 radələrində yaşadığım evə gəldim. Yataq otağına daxil olduğum zaman Zemfira yenidən evə gec gəldiyimi irad bildirərək məni söyüb, təhqir etməyə başladı. Bu zaman aramızda dava-dalaş yarandı. Zemfiraya dəfələrlə sakit olmasını desəm də, o, buna məhəl qoymadı. Zemfira üzərimə gəldiyi zaman onun baş nahiyyəsindən yumruqla vurdum. Bu vaxt Zemfira yerə yıxıldı. Yerdə də Zemfiranı bir dəfə təpiklə vurdum. Daha sonra qayınatam Telmana zəng etdim və gələrək Zemfiranı aparmasını dedim. Sonra isə yatdım”.Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib və zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayətin olmamasını nəzərə aləınmasını istəyib. Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.