Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fermerlər məhsullarını maya dəyərindən aşağı satmağa etiraz ediblər
Gürcüstanın Marneuli rayonunda yerli fermerlərin etiraz aksiyası zamanı polislə fermerlər arasında kiçik toqquşmalar baş verib.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, etirazçıların sözlərinə görə, fermerlər yerli yetişdirilən tərəvəzləri satmaqda çətinlik çəkirlər və məhsullarını maya dəyərindən aşağı satmağa məcburdurlar.
Etiraz olaraq, etirazçılar yolu bağlamağa cəhd ediblər və bu, polislə toqquşmaya səbəb olub.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, etiraz zamanı iki nəfər saxlanılıb.
Həbslər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi - hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə və ya əmrinə tabe olmamaq maddəsi ilə həyata keçirilib.
Medianın məlumatına görə, saxlanılan hər iki şəxs artıq sərbəst buraxılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.