EN

YAP Laçın rayon təşkilatı müsabiqə qaliblərini mükafatlandırıb FOTOLAR

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon üzrə təhsil sektoru və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəliyinin iştirakı ilə şagirdlər arasında inşa yazı, bədii qiraət, mahnı və rəsm nominasiyaları üzrə ümumrayon müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov iştirakçıları salamlayaraq müsabiqə qaliblərini təbrik edib, müsabiqənin təşkilində əməyi olan təşkilat komitəsinin üzvlərinə və münsiflər heyətinə təşəkkürünü bildirib.

Müsabiqənin əhəmiyyətindən bəhs edən İlqar İlyasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olmaqla bu gün də aktuallığını qoruyub saxlayır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir müstəqil Azərbaycanın möhkəmlənməsində və tərəqqisində mühüm rol oynayıb. Bu siyasi irsin gənc nəsil tərəfindən dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.

İlqar İlyasov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strateji xətti uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan regionda söz sahibinə çevrilmiş, 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə ərazi bütövlüyünü bərpa etmişdir. Bu Qələbə bir daha sübut edir ki, Heydər Əliyev ideyaları bu gün real nəticələrə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirir.

Tədbirdə çıxış edən digər natiqlər də bu cür tədbirlərin Ulu Öndərin əziz xatirəsinin anılması və zəngin irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Sonda müsabiqə qaliblərinə YAP Laçın rayon təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
sesqazeti.az

2Sources