ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ və İran danışıqlar mövqelərini daha dərindən işləyib hazırlamaq üçün atəşkəsin müddətinin uzadılması məsələsinə baxmağa meyillidirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
"Hazırda atəşkəsin uzadılması mühüm aspektdir. Bizim üçün müharibənin yenidən başlamaması vacibdir. Atəşkəs ilk dəfə elan olunanda bildirmişdik ki, bir çox mühüm məsələlər üzrə razılığa gəlmək üçün iki həftə kifayət etməyə bilər. Bizə əlavə vaxt, atəşkəsin uzadılması lazım ola bilər. Düzünü desəm, tərəflərin buna kökləndiyini görürəm", — deyə o bildirib.
Fidan həmçinin qeyd edib ki, "beynəlxalq birliyin təzyiqi də" atəşkəs rejiminin uzadılmasını zəruri edir. "Hesab edirəm ki, qarşıdakı bir neçə gün çox vacib olacaq. Xüsusən də tərəflərin bu günlərdə öz mövqelərini dəqiqləşdirmələri baxımından. Hər iki tərəfin daimi atəşkəs və sülhə nail olmaq, eləcə də Hörmüz boğazının açılması üçün razılığa can atması çox önəmlidir. Burada tənzimlənməsi lazım olan bəzi detallar var", — deyə nazir vurğulayıb.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.