1000 manatdan 40 min manatadək…Paytaxtda bağ evlərinin aylıq kirayəsi bu qiymətlər civarındadır.
Xezerxeber.az xəbər verir ki, yay fəslinə xeyli vaxt qalsa da bağ evləri artıq indidən bron edilir. Kimi günlük kimi isə aylıq olaraq kirayələyir. Qiymətlər yüksək olsa da, müştəri də çoxdur.
Hacıbala Quliyevin sözlərinə görə, 1000-1500 manatlıq evlərə tələbat olsa da belə mənzillərin bazarda sayı azdır. Evi kirayələmək istəyənlər isə əsasən təmirə və otaq sayına önəm verir.
Rieltorlar deyirlər ki yay fəsli yaxınlaşdıqca qiymətlər daha da arta bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.