BAKI,TurkicWorld
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
TurkicWorld xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Bununla təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.
Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Dövlət başçısının müvafiq Fərmanına əsasən, Nazirlər Kabineti dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.