EN

"Tramp İranı daş dövrünə qaytarıb" -AÇIQLAMA

"ABŞ-İran müharibəsində yaranan fasilə danışıqlar aparmaq məqsədi daşısa da, görünən odur ki, danışıqlarda nəticə almaq üçün ortaq mövqe yoxdur. Tərəflərin sülh təklifləri bir-birinə ziddir".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.

O qeyd etdi ki, ABŞ Hörmüz boğazını İran gəmiləri üçün bağlayıb və İrandan bütün növ yüklərin, neft də daxil olmaqla, daşınmasına imkan vermir:

"Bu vəziyyət İranda enerji sistemlərində gərginlik yaradıb. İranın artıq çıxarılan nefti yığmaq üçün rezervuarları qalmayıb. Əhali bidonlarla nefti əllərində Pakistana daşıyırlar. Bu da onu göstərir ki, ABŞ Prezidenti Donald Trampın dediyi kimi, İranı daş dövrünə qaytarıb. Amma İran tərəfi hələlik danışıqlarda konstruktivlik göstərmir. Tramp da Hörmüz boğazını açacağını bəyan edib. Göründüyü kimi, danışıqlar hələlik bu şəraitdə mümkün deyil. Yaxın zamanlarda da danışıqlar masasına əyləşmək mümkün olmayacaq. Əslində ABŞ İran ətrafına hərbi qüvvə toplamaqla məşğuldur. Bu isə İrana qarşı daha güclü hücum olacağı ehtimallarını artırır".

Siyasi şərhçinin fikrincə, danışıqlar müharibə yenidən başlayana kimi baş tutarsa, onda müəyyən razılaşmanın əldə olunma ehtimalı olacaq:

"Yox, əgər müharibə yenidən başlayacaqsa, onda danışıqlara ehtiyac qalmayacaq. ABŞ müharibəni İran rejimi devrilənə kimi davam etdirəcək. Ən azı, SEPAH-ın ayaqda qalan liderləri də öldürülənə qədər. Sonra İran Prezidenti Məsud Məsud Pezeşkian və ya parlament sədri Məhəmməd Bağır Qalibafla razılaşma əldə oluna biləcək".

Aytəkin TOFİQQIZI

Chosen
48
1
redaktor.az

2Sources