EN

Fərid Bağırov: İnklüziv təhsil və yaradıcılıq mühitinin genişləndirilməsi əsas hədəfimizdir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində inklüzivliyə dair tədbirlərin geniş şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Həmin Sərəncamdan irəli gələrək biz də bu istiqamətdə müxtəlif layihələr icra edirik. Məqsəd inklüziv uşaqların cəmiyyətə daha aktiv inteqrasiyasını təmin etmək, onların yaradıcılıq və peşə bacarıqlarını inkişaf etdirməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov deyib.

“Xarici təcrübəyə nəzər saldıqda Amerika Birləşmiş Ştatları, İtaliya və İspaniyada inklüziv uşaqlar üçün xüsusi peşə yönümlü tədris proqramlarının artıq geniş tətbiq olunduğunu görürük. Bizim də əsas hədəfimiz ölkəmizdə inklüziv təhsilin və yaradıcılıq mühitinin daha geniş miqyasda formalaşmasına töhfə verməkdir. Bu məqsədlə biz artıq dram dərsləri təşkil etmişik. Dərslər uşaqların özünüifadə bacarıqlarını gücləndirməyə, sosial adaptasiyasına və yaradıcı potensialının üzə çıxarılmasına xidmət edir. Eyni zamanda bu proses onların gələcəkdə peşə seçimlərinə də müsbət təsir göstərir”, - deyə o diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
azertag.az

2Sources