EN

The Telegraph: III Karl Trampa təsir edən yeganə britaniyalı liderdir...

Kralın ABŞ Konqresində çıxışı həm siyasi mesajlar, həm də diplomatik jestlərlə diqqət çəkib...

Poliqon xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb. Nəşr qeyd edir ki, Böyük Britaniya kralı III Karl ABŞ prezidenti Donald Trump üzərində təsir göstərə bilən yeganə britaniyalı liderdir.

Nəşr yazırr ki, kralın ABŞ Konqresində etdiyi 2624 sözlük çıxış bir çox mühüm mövzuları əhatə edib. O, NATO, Ukrayna, din, silahlı qüvvələr və “qurbanlar” kimi məsələlərə toxunaraq ABŞ auditoriyasına Britaniya hökumətinin prioritetlərini təqdim edib.

Çıxış zamanı kral 12 dəfə ayaqüstə alqışlanıb, zalda səmimi gülüş səsləri eşidilib və açıq narazılıq ifadə olunmayıb. Konqres üzvləri xüsusilə onun “Amerikanın sözləri həmişə olduğu kimi böyük əhəmiyyət daşıyır, lakin bu böyük dövlətin hərəkətləri daha da önəmlidir” fikrini yüksək qiymətləndiriblər.

Kral çıxışında hakimiyyətin balanslaşdırılması məsələsinə də toxunub və icraedici hakimiyyət üçün əks-çəki mexanizmlərinin vacibliyini vurğulayıb. O, həmçinin ətraf mühitin qorunması mövzusunu gündəmə gətirərək, bunun bütün bəşəriyyət üçün ortaq məsuliyyət olduğunu bildirib.

Nitq zamanı səsləndirilən bəzi yumoristik ifadələr auditoriyada müsbət reaksiya doğurub. Eyni zamanda, bəzi mesajlar o qədər incə şəkildə təqdim olunub ki, onların siyasi məna daşıyıb-daşımadığı sonradan müzakirə mövzusuna çevrilib.

Nəşr yazır ki, kralın çıxışı Britaniya hökumətinin gözləntilərinə uyğun olub və ilkin reaksiyalar müsbət qiymətləndirilib. Bu səfər çərçivəsində kralın ABŞ prezidenti ilə münasibətlərdə müsbət təsir yaratdığı qeyd olunur.

Səfərin sonunda kral prezidentə simvolik hədiyyə olaraq zəng təqdim edib. Bu jest II Yelizavetanın ABŞ-nin müstəqilliyinin 200 illiyi münasibətilə təqdim etdiyi ənənənin davamı kimi qiymətləndirilir. Hədiyyə edilən zəng İkinci Dünya müharibəsi dövründə Sakit okean döyüşlərində iştirak etmiş Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən götürülüb və onun adı “HMS Trump” olub.

Poliqon.info

Chosen
42
poliqon.info

1Sources