EN

Türkiyədə vəkil güllələnib

Türkiyədə 26 yaşlı vəkil Hatice Kocaefe güllələnib.

News365.az xarici mediaya istinadla xəbər verir ki, hadisə gənc hüquqşünasın meyvə anbarının qarşısında baş verib. 

Məlumata görə, hadisə vəkilin bacısının 5 milyon türk lirəsi dəyərində plastik meyvə yeşikləri alacağı ilə bağlı açdığı məhkəmə işi ilə əlaqəlidir.

49 yaşlı Hakkı Ç. adlı şəxsin Hatice Kocaefeni daha əvvəl təhdid etdiyi bildirilir.

Chosen
88
news365.az

1Sources