EN

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEK-dən çıxır. TASS Agentliyinin məlumatına görə, bunu ölkənin energetika naziri Süheyl Məhəmməd əl-Məzrui açıqlamasında bildirib. 

Nazir qeyd edib ki, hazırda dünya bazarında neft tədarükü tələbatdan aşağıdır. Bu səbəbdən, BƏƏ-nin təşkilatdan çıxması həm qlobal qiymətlərə, həm də tərəfdaş ölkələrə minimal təsir göstərəcək. Bu qərar rəsmi olaraq 2026-cı il mayın 1-dən qüvvəyə minəcək. 

Məlumata görə, BƏƏ təşkilatdan ayrılsa da, qlobal yanacaq bazarının sabitləşməsi maraqlarını qoruyub saxlayır. Ölkənin gələcək neft hasilatı siyasəti dünya bazarındakı tələb və təklif balansına uyğun şəkildə tənzimlənəcək.

BƏƏ-nin bu addımı müstəqil enerji strategiyası yürütmək istəyindən irəli gəlir. Mütəxəssislər bu qərarın yaxın gələcəkdə hasilat kvotalarına necə təsir edəcəyini yaxından izləyirlər. Dünya bazarındakı mövcud kəsir səbəbindən bu dəyişiklik kəskin qiymət sıçrayışlarına səbəb olmayacaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources