Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə tərəflərin Dövlət komissiyalarının növbəti iclası Azərbaycanda keçiriləcək.
Qaziler.az "report"a istinadən xəbər verir ki, bu barədə bu gün tərəflərin Ermənistandakı on üçüncü iclasında qərar qəbul olunub.
Qeyd edilib ki, tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.