EN

Qaynatanın evindən çıxarılan gəlin kompensasiya ala bilər? Qanuni izah

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda qeydiyyat məsələləri və mənzil hüquqları tez-tez mübahisələrə səbəb olur. Bu baxımdan, qeydiyyatda olan şəxslərin kompensasiya hüquqları və mənzildən çıxarılma prosedurları aktual məsələlərdən biri kimi diqqət çəkir. Mövcud qaydaların düzgün anlaşılması isə həm mülkiyyətçilər, həm də qeydiyyatda olan şəxslər üçün vacibdir.Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, 2009-cu ilə qədər qeydiyyata düşən şəxslərin, əgər başqa yaşayış yeri yoxdursa, eyni şəraitli yerdə 3 il, 5 il ərzində kirayədə qalması üçün ona kompensasiya ödənilməlidir:"Bu zaman mülki məcəllənin 228-ci maddəsi tətbiq olunur. 2009-cu ildən sonra kiminsə evinə, məsələn, qaynatanızın, qaynananızın evinə qeydiyyata düşmüşsünüzsə, bu zaman sizin heç bir kompensasiya hüququnuz yoxdur. Ona görə ki, 2009-cu ildən sonra mənzil məcəlləsinin 30-cu maddəsi tətbiq olunur.Lakin hər iki halda, əgər şəxs qeydiyyatdan çıxmağa razı deyilsə, onu qeydiyyatdan çıxartmaq istəyən mülkiyyətçi mütləq qaydada məhkəməyə müraciət etməli və bununla bağlı məhkəmənin qərarı olmalıdır. 2009-cu ildən sonra qaynata və qaynana evinə qeydiyyatla bağlı onlardan nəsə tələb etmək mümkün deyil.  Qaynata gəlin münasibətlərindən fərqli olaraq, iki bir-birini tanımayan şəxs bir-birindən hər hansı bir mənzil alıbsa və mənzildə formal olaraq başqa şəxslər qeydiyyatdadırsa, həmin şəxslərin qeydiyyatı formal xarakter daşıdığından bununla bağlı ümumi məhkəmələrə deyil, birinci növbədə polis orqanına müraciət edilməlidir. Ondan imtina alındıqdan sonra isə İnzibati Məhkəməyə müraciət olunmalıdır", - deyə vəkil qeyd edib.Yəni, 2009-cu ildən əvvəl qeydiyyata düşənlərin mənzildən çıxarılması üçün onlara kirayə pulu verilməli olduğu halda, bu tarixdən sonra qeydiyyata düşən qohumların belə bir tələbi qanunla qəbul edilmir. Amma kimliyindən asılı olmayaraq, heç kim məhkəmə qərarı olmadan evdən zorla çıxarıla və ya qeydiyyatı ləğv edilə bilməz.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
demokrat.az

1Sources