EN

“Elə bilirdim pul istəyir, sən demə, sevgi imiş” Emindən etiraf

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkədə Alyonanın etdiyi bir jesti uzun müddət yanlış anladığını bildirib:

“Alyona əvvəl iki əli ilə ürək göstərirdi. Sonra bir dəfə baş və işarə barmaqlarını birləşdirib göstərdi. Elə bildim ki, pul istəyir. Evdən çıxanda mənə bunu göstərirdi. Soruşurdum ki, nə qədər pul lazımdır? Sən demə, sevgi mənasını verirmiş".

Qeyd edək ki, cütlüyün bu nikahdan Afina adlı qız övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
1
axsam.az

1Sources