EN

Gömrük borcunu ödəməyənlərə XƏBƏRDARLIQVİDEO

Ölkəyə gətirilən mal və nəqliyyat vasitələri gömrükdə uzun müddət rəsmiləşdirilmədən saxlanıla bilməyəcək. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərdə bu məsələ ilə bağlı konkret müddət və yeni məsuliyyət mexanizmi nəzərdə tutulur.

Xezerxeeber.az xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, məqsəd idxal prosesində qeyri-müəyyənliyin aradan qaldırılması, malların gömrük anbarlarında aylarla qalmasının qarşısının alınması və rəsmiləşdirmə prosesinin daha operativ aparılmasıdır.

Təklifə əsasən, gömrük borcu ödənmədikdə, gömrük orqanı həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək. Dəyişikliklərdə elektron xidmətlərin genişləndirilməsi də nəzərdə tutulur. Layihədə həm də mövcud "gömrük brokeri" anlayışının "dolayı gömrük təmsilçiliyi" ilə əvəzlənməsi təklif edilir.

İqtisadçı Xalid Kərimli hesab edir ki, təklif edilən dəyişikliklərdə xüsusilə gömrük rüsumlarının manatla müəyyən edilməsi sahibkar üçün daha sabit hesablama imkanı yaradacaq.

Layihənin digər hissəsi tranzit daşımalarla bağlı məlumat mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
52
1
xezerxeber.az

2Sources