PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bayern”lə ilk oyunda (5:4) zədələnib.
Msport.az xəbər verir ki, mərakeşli futbolçunun dizində yırtıq aşkarlanıb.
O, Almaniya klubu ilə gələn həftə keçiriləcək cavab matçını buraxacaq. Əgər Paris təmsilçisi finala yüksəlsə, Hakimi həlledici görüşdə oynaya biləcək.
Hakiminin dünya çempionatında çıxış etməyi ilə bağlı heç bir problem yoxdur.
“Bayern”lə PSJ arasında cavab oyunu mayın 6-da olacaq.