EN

Türkiyə Kubokunun vaxtı və yeri dəyişdi

Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunun final matçı ilə bağlı rəsmi qərarını açıqlayıb.


Manset.az xəbər verir ki, federasiyanın yaydığı məlumata görə, həlledici oyunun həm yeri, həm də vaxtında dəyişiklik edilib.

Daha əvvəl 24 may tarixinə planlaşdırılan final matçı 22 may tarixinə keçirilib. Qarşılaşmanın başlama saatı isə yerli vaxtla 20:45 (Bakı vaxtı ilə 21:45) olaraq təyin edilib.

Final görüşünə Antalya şəhəri ev sahibliyi edəcək. Matç Antalyada yerləşən “Corendon Airlines Park” stadionunda keçiriləcək.

Xatırladaq ki, turnirin yarımfinal mərhələsində “Beşiktaş” – “Konyaspor” (İlk oyun 5 may) və “Gənclərbirliyi” – “Trabzonspor” (İlk oyun 13 may) komandaları mübarizə aparırlar.

Qeyd edək ki, bu cütlüklərin qalibləri Antalyadakı böyük finalda üz-üzə gələcəklər.

Chosen
33
5
manset.az

6Sources