EN

Sumqayıtda bu xəstəxana boşaldıldıVİDEO

Qəzalı vəziyyətdə olan xəstəxana binası boşaldılır.

Xezerxeber.az xəbər verir ki, Sumqayıtda 3 nömrəli şəhər xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb.

Xəstəxana binasının növbəti mərhələlərdə sökülməsi planlaşdırılır. Bura müaciət edən sakinlərə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən digər xəstəxanalara getmələri tövsiyyə edilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, köçürülmə prosesi vətəndaşların tibbi xidmətə çıxışında fasilə yaranmaması üçün mərhələli və koordinasiyalı şəkildə həyata keçirilir. Bu isə o deməkdir ki, qəsəbə sakinləri gündəlik ambulator müayinələr, analizlər və həkim konsultasiyaları üçün əlavə məsafə qət etməli olmayacaqlar.

3 nömrəli Şəhər Xəstəxanası hazırda da TƏBİB-in tabeliyində fəaliyyət göstərən rəsmi tibb müəssisələri siyahısında yer alır. Hazırkı prosesin növbəti mərhələsində ərazidə yeni, daha müasir və təhlükəsiz səhiyyə müəssisəsinin yaradılması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
69
xezerxeber.az

1Sources