EN

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

"Özümü həmişə günahkar görürəm". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev RTV-yə müsahibəsində deyib.

"Bəlkə də o masştab olmasaydı, yanımızda olsaydı, bir valideyn kimi ona deməsəydim ki, xaricdə təhsil al, ürəyin istəyən işlə məşğul ol... O günah hissi həmişə yaşayacaq. Bu barədə danışmaq çətindir". 

V.Quliyev qızı Humayın xatirəsini yaşatmaq üçün yaradılan "Huma Quşu" təhsil fondunun fəaliyyətindən də bəhs edib. 

Qeyd edək ki, Humay Quliyeva 2021-ci ilin martında dünyasını dəyişib. İddialara görə o, intihar edib. 

 

 

Chosen
48
2
bakivaxti.az

3Sources