ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Özümü həmişə günahkar görürəm".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev RTV-yə müsahibəsində deyib.
"Bəlkə də o masştab olmasaydı, yanımızda olsaydı, bir valideyn kimi ona deməsəydim ki, xaricdə təhsil al, ürəyin istəyən işlə məşğul ol... O günah hissi həmişə yaşayacaq. Bu barədə danışmaq çətindir".
V.Quliyev qızı Humayın xatirəsini yaşatmaq üçün yaradılan "Huma Quşu" təhsil fondunun fəaliyyətindən də bəhs edib.
Qeyd edək ki, Humay Quliyeva 2021-ci ilin martında dünyasını dəyişib. İddialara görə o, intihar edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.