EN

İranlılar tezliklə ağıllı olsalar yaxşıdır – ABŞ prezidenti Donald Tramp

İran İslam Respublikasının vahid mövqe tutmaqda çətinlik çəkməsinə baxmayaraq, ABŞ ilə razılığa gəlməyə tələsməlidir.
Bu fikri ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, “iranlılar diqqətlərini cəmləyə bilmirlər. Onlar nüvə sazişini necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllı olsalar yaxşı olar!”, – Donald Tramp deyib.
Amerika lideri sosial media platforması Truth Social-dakı paylaşımına arxa planda dağlar və partlayışlar səsləri ilə tüfəng tutmuş şəklini əlavə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
51
editor.az

1Sources